Neftçalada içərisində 9000 manat olan avtomobil yandırılıb

Neftçalada içərisində 9000 manat olan avtomobil yandırılıb Bakı. 15 oktyabr. REPORT.AZ/ Neftçala rayonunda içərisində 9000 manat olan avtomobil yandırılıb.
Hadisə
15 Oktyabr , 2018 12:41
Neftçalada içərisində 9000 manat olan avtomobil yandırılıb
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ Neftçala rayonunda içərisində 9000 manat olan avtomobil yandırılıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Belə ki, oktyabrın 14-nə keçən gecə Neftçala şəhəri ərazisində Bakı şəhər sakini F.Eynullayevin içərisində 9000 manat pulu olan “KİA” markalı avtomobilin yandırılması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Faktla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun şəhər sakini İbrahim Muradov olduğu məlum olub.

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi