Neftçalada güclü külək məktəbin dam örtüyünü uçurub

Neftçalada güclü külək məktəbin dam örtüyünü uçurub Məktəbin binasına ciddi ziyan dəyib
Hadisə
31 Mart , 2017 15:49
Neftçalada güclü külək məktəbin dam örtüyünü uçurub

Neftçala. 31 mart. REPORT.AZ / Neftçala rayonunda məktəb binasının dam örtüyü uçub. 

Neftçala rayon Fövqəladə Hallar Komissiyasından “Report”un Aran bürosuna verilən məlumata görə, bu gün günorta saatlarından etibarən rayonda güclü külək əsməyə başlayıb. Küclü külək nəticəsində rayonun Xıllı qəsəbə 1 saylı tam orta məktəb binasının dam ötüyü uçaraq yerə düşüb. Dərs saatları olmadığından xəsarət alan olmayıb. Lakin, məktəbin binasına ciddi ziyan dəyib.

Qeyd edək ki, məktəb binasının dam örtüyü ötən ilin yayında yenilənmişdi. 

Son xəbərlər

Orphus sistemi