Neftçalada fərdi yaşayış evi yanıb, 1 nəfər ağır yanıq xəsarətləri alıb

Neftçalada fərdi yaşayış evi yanıb, 1 nəfər ağır yanıq xəsarətləri alıb Salyan Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağırdır
Hadisə
14 Aprel , 2016 18:26
Neftçalada fərdi yaşayış evi yanıb, 1 nəfər ağır yanıq xəsarətləri alıb

Bakı. 14 aprel. REPORT.AZ/ Neftçalada fərdi yaşayış evində yanğın baş verib. “Report”un məlumatına görə, hadisə rayonun Xol Qarabucaq kəndində qeydə alınıb. 

Nəticədə yaşayış evinin sakini, 59 yaşlı Nərgiz Mircavad qızı Ələkbərova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Qadın dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. O, ilkin tibbi yardımdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. 

Xəstəxanadan "Report"a verilən məlumata görə, xəstənin vəziyyəti ağır olaraq qalır. 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, Neftçala rayonu, Xol Qarabucaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 256 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın saat 18:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi