Neftçalada evdən 3570 manat oğurlayan keçmiş məhkum tutulub

Neftçalada evdən 3570 manat oğurlayan keçmiş məhkum tutulub Bakı. 10 yanvar. REPORT.AZ/ Neftçala rayonunda evdən pul oğurlayan keçmiş məhkum tutulub.
Hadisə
10 Yanvar , 2019 12:34
Neftçalada evdən 3570 manat oğurlayan keçmiş məhkum tutulub
0 : 00
0 : 00

Bakı. 10 yanvar. REPORT.AZ/ Neftçala rayonunda evdən pul oğurlayan keçmiş məhkum tutulub.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, Baş Cinayət Axtarışı İdarəsi və Neftçala rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il aprelin 8-də rayon ərazisindəki evlərin birindən 3570 manat oğurlamaqda şübhəli bilinən Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fariz Şirəliyev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi