Bakı. 9 sentyabr. REPORT.AZ/ Neftçala rayonunun Qaçaqkənd kəndində ər arvadını döyərək ağır xəsarətlər yetirib. "Report" xəbər verir ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Aytən İltifat qızı Səfərova ailə münaqişəsi zəminində əri tərəfindən döyülərək müxtəlif dərəcəli xəsarətlər alıb. Yaxınları tərəfindən Aytən Səfərova dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Kəllə-beyin tramvası və beyin silkələnməsi diaqnozu ilə o, travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta ağır olaraq qalır.
Neftçalada ər arvadını döyərək ağır xəsarətlər yetirib
Hadisə
9 Sentyabr , 2015
09:08
https://static.report.az/photo/271d0e9d-83bb-47c8-ac3f-4d4eb72177ab.jpg