Neftçalada çətənə bitkisi yetişdirən şəxs saxlanıldı

Neftçalada çətənə bitkisi yetişdirən şəxs saxlanıldı A.Hüseynovun kənd ərazisindəki evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 26 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Hadisə
1319
15 Avqust , 2020 12:09
Neftçalada çətənə bitkisi yetişdirən şəxs saxlanıldı

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Aşağı Qaramanlı kənd sakini Abasət Hüseynov saxlanılıb.

A.Hüseynovun kənd ərazisindəki evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 26 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.

Orphus sistemi