Neftçalada baş verən ağır yol qəzasında yaralananlar Bakıya göndərilib

Neftçalada baş verən ağır yol qəzasında yaralananlar Bakıya göndərilib Neftçala rayonunda baş verən ağır yol qəzasında yaralanan şəxslər Bakıdakı xəstəxanaya köçürülüb.
Hadisə
23 May , 2019 17:22
Neftçalada baş verən ağır yol qəzasında yaralananlar Bakıya göndərilib

Neftçala rayonunda baş verən ağır yol qəzasında yaralanan şəxslər Bakıdakı xəstəxanaya köçürülüb. 

"Report"un Muğan bürosunun məlumatına görə, bunlar Yardımlı rayon sakinləri - 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı və 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğludur. 

Onların müalicəsinin Bakıdakı xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib.

Qeyd edək ki, hadisə yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində baş verib. “Ford” markalı mikroavtobus qarşıda gedən "KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi