Neftçalada balıqçı tora ilişərək suda boğulub - YENİLƏNİB

Neftçalada balıqçı tora ilişərək suda boğulub - YENİLƏNİB Neftçala rayonunun Kürkən kəndi ərazisində su kanalında balıq tutan zaman suda batan şəxsin kimliyi məlum olub.
Hadisə
28 Avqust , 2019 13:21
Neftçalada balıqçı tora ilişərək suda boğulub - YENİLƏNİB

Neftçala rayonunun Kürkən kəndi ərazisində su kanalında balıq tutan zaman suda batan şəxsin kimliyi məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu, Neftçala şəhər sakini, 1996-cı il təvəllüdlü Hüseynov Murad Mübariz oğlu olub. O, su kanalında balıq tutan zaman balıq toruna ilişib və suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.


*** 10:32

Neftçala sakini balıq ovunda suda boğulub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kürkən kəndi ərazisində baş verib. 

Belə ki, kəndin ərazisində yerləşən su kanlında balıq tutmaq istəyən şəxs suda batıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının həkimləri və xilasedicilər  cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi