Neftçalada balıq oğruları saxlanılıb

Neftçalada balıq oğruları saxlanılıb Neftçala rayonunda balıq oğruları saxlanılıb.
Hadisə
22 Aprel , 2019 11:55
Neftçalada balıq oğruları saxlanılıb
Report

Neftçala rayonunda balıq oğruları saxlanılıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, Neftçala Rayon Polis Şöbəsinə rayon ərazisindəki balıqçılıq təsərrüfatlarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub. 

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və aprelin 4-dən 19-dək olan müddətdə oradan 10.300 manat dəyərində 199 ədəd müxtəlif növ balığın oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakinləri A.Əliyev, E.Salmanov və Boyat kənd sakini X.Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi