Neftçalada avtomobillər toqquşdu, xəsarət alanlar var

Neftçalada avtomobillər toqquşdu, xəsarət alanlar var Neftçala rayonunda yol qəzası baş verib.
Hadisə
3 İyun , 2020 20:09
Neftçalada avtomobillər toqquşdu, xəsarət alanlar var

Neftçala rayonunda yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Neftçala-Salyan avtomobil yolunun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “VAZ-2115” və “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2115”də olan Neftçala rayon sakinləri - 1978-ci il təvəllüdlü Abdullayev Səməd Mirələkbər oğlu və 1978-ci il təvəllüdlü Mənəfov Sadiq Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi