Neftçalada avtomobillə motosiklet toqquşub, xəsarət alanlar var

Neftçalada avtomobillə motosiklet toqquşub, xəsarət alanlar var Neftçalada iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 Fevral , 2021 22:12
Neftçalada avtomobillə motosiklet toqquşub, xəsarət alanlar var

Neftçala şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Neftçala şəhərində, Mərkəzi kitabxananın yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobili ilə motosiklet toqquşub.

Qəza nəticəsində şəhərin M.Ə. Sabir küçəsində yaşayan, 1997-ci il təvəllüdlü İsmayılov Emil Amil oğlu və 1999-cu il təvəllüdlü Əliyev Səid Murad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi