Neftçalada bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Neftçala şəhər H. Əliyev prospekti ilə M. Şəhriyar küçəsinin kəsişdiyi ərazidə qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil yolu keçmək istəyən Neftçala şəhər sakini, 1984-cü il təvəllüdlü Babayeva Qəmər Əli qızını vurub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.