Neftçalada avtomobil motosikletlə toqquşub, iki nəfər yaralanıb

Neftçalada avtomobil motosikletlə toqquşub, iki nəfər yaralanıb Qəza rayonun Ballıcalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb
Hadisə
16 Sentyabr , 2017 22:22
Neftçalada avtomobil motosikletlə toqquşub, iki nəfər yaralanıb

Neftçala. 16 sentyabr. REPORT.AZ/ Neftçalada 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Ballıcalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobilin motosikletlə toqquşması nəticəsində rayonun Ballıcalı kənd sakinləri, 20 yaşlı Ayaz Bulud oğlu Məmmədli və 22 yaşlı Rəfael Ramiz oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra hər iki yaralı Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi