Neftçalada aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar 

Neftçalada aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar  Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsəd ilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar olunublar.
Hadisə
9 Dekabr , 2021 21:46
Neftçalada aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar 

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsəd ilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar olunublar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, şəhər sakini Vüqar Cəfərova koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. V.Cəfərova rayonda yerləşən bazar ərazisində aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Aktiv COVID-19 xəstəsi olan rayonun Qədimkənd kənd sakini Novruz Hüseynov da analoji qayda pozuntusunu törədib. Yaşadığı ünvanı tərk edən həmin şəxs çalışdığı yanacaq doldurma məntəqəsində aşkarlanıb və yaşadığı evə geri qaytarılıb.

Hər iki şəxs barəsində Neftçala Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi