Neftçala rayonunda bıçaqlanma hadisəsi olub.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Xolqaraqaşlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1971-ci il təvəllüdlü Dadaşov Əliağa Ağəli oğlu mübahisə zəmnində tanıdığı şəxs tərəfindən bıçaqlanıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.