Neftçalada 36 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Neftçalada 36 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB Neftçala rayonunda elektrik cərəyanı vurması nəticəsində dünyasınıə dəyişən qadının şəxsiyyəti məlum olub.
Hadisə
13 iyun 2019 14:49
Neftçalada 36 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Neftçala rayonunda elektrik cərəyanı vurması nəticəsində dünyasınıə dəyişən qadının şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Neftçala şəhər sakini, 1983-cü il təvəllüdlü Ruhiyyə Arif qızı Abışovanı elektrik cərəyanı vuraraq öldürüb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 17:23

Neftçala rayonunda orta yaşlı qadını elektrik cərəyanı vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb. 

Belə ki, həmin ünvanda yaşayan, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.Əraziyə baxış keçirilib 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi