​Neftçalada 19 yaşlı qız özünü Kür çayına ataraq intihar edib

​Neftçalada 19 yaşlı qız özünü Kür çayına ataraq intihar edib Hazırda FHN-in xilasediciləri qızın meyitini axtarırlar
Hadisə
1 İyul , 2016 20:26
​Neftçalada 19 yaşlı qız özünü Kür çayına ataraq intihar edib

Neftçala. 1 iyul. REPORT.AZ/ Neftçala rayonunda intihar hadisəsi baş verib. 

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Birinci Qaralı kəndi ərazisində qeydə alınıb. 

Belə ki, kəndin sakini, 19 yaşlı Şəfa Şakir qızı Məmmədova bu gün saat 19:00 radələrində özünü Kür çayına ataraq intihar edib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri qızın meyitini axtarırlar. 

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi