Yuxarı
    Bağlamaq

    Neftçalada 18 yaşlı qız sirkə turşusundan zəhərlənib

    Onun vəziyyətinin orta ağır olduğu bildirilir

    Neftçala. 15 iyun. REPORT.AZ/ Neftçala sakini sirkə turşusundan zəhərlənib.

    ”Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qədimikənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 18 yaşlı Hədiyyə Aydın qızı Sadıqova evdə ikən su əvəzinə sirkə turşusu içib.

    O, təcili yardım maşını ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra H.Aslanovanın həyatını xilas etmək mümkün olub.

    Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi