​Neftçalada 12 yaşlı uşaq intihar edib

​Neftçalada 12 yaşlı uşaq intihar edib Orxan Hüseynov yaşadığı evin həyətindəki damda özünü asıb
Hadisə
26 İyun , 2016 17:40
​Neftçalada 12 yaşlı uşaq intihar edib

Neftçala. 26 iyun. REPORT. AZ/ Neftçalada intihar hadisəsi baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Mikayıllı kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 12 yaşlı Orxan Şamil oğlu Hüseynov bu gün axşam saatlarında yaşadığı evin həyətindəki damda özünü asaraq intihar edib. 

Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib. Hələlik intiharın səbəbi məlum deyil.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi