Neftçala sakininin həyətindən 540 ədəd xaşxaş kolu aşkarlanıb

Neftçala sakininin həyətindən 540 ədəd xaşxaş kolu aşkarlanıb Neftçala. 15 may. REPORT.AZ/ Neftçala rayon sakininin həyətindən 540 ədəd xaşxaş kolu aşkar edilərək götürülüb.
Hadisə
15 May , 2018 12:47
Neftçala sakininin həyətindən 540 ədəd xaşxaş kolu aşkarlanıb
Report
0 : 00
0 : 00

Neftçala. 15 may. REPORT.AZ/ Neftçala rayon sakininin həyətindən 540 ədəd xaşxaş kolu aşkar edilərək götürülüb. 

Bu barədə "Report"un Aran bürosuna DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. 

Məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Həsənabad qəsəbəsinin sakini Tərlan Həsənov saxlanılıb.

Rayon Mühafizə Bölməsinin əməkdaşları ilə birgə ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilən 540 ədəd xaşxaş kolu aşkar edilib. Əməliyyatın davamı olaraq T.Həsənovun yaşadığı evdən çəkisi 51 qram olan narkotik tərkibli bitki toxumları və 27 ədəd qurudulmuş qoza aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi