Neftçala sakinini güllələyən şəxs saxlanılıb

Neftçala sakinini güllələyən şəxs saxlanılıb Neftçala rayonunun Astanlı kəndi ərazisində həmyerlisini güllələyən şəxs saxlanılıb.
Hadisə
19 İyun , 2019 15:31
Neftçala sakinini güllələyən şəxs saxlanılıb

Neftçala rayonunun Astanlı kəndi ərazisində həmyerlisini güllələyən şəxs saxlanılıb.

Bu barədə "Report"un Aran bürosuna DİN-in Mətbuat xidmətinin Şirvan regional xidmətindən məlumat verilib.

Məlumata görə, iyunun 19-da Neftçala rayonunun Astanlı kəndi ərazisində kənd sakini M.Məmmədovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Ş.Fərzəliyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Ş.Fərzəliyev xəstəxanaya yerləşdirilib.

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb, ondan cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi