Neftçala sakinini elektrik cərəyanı vurdu

Neftçala sakinini elektrik cərəyanı vurdu Neftçala şəhərində 29 yaşlı qadını elektrik cərəyanı vurub.
Hadisə
8 Mart , 2020 22:47
Neftçala sakinini elektrik cərəyanı vurdu

Neftçala şəhərində 29 yaşlı qadını elektrik cərəyanı vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ağaşirin Cəfərov küçəsi, bina 4, mənzil 22-də qeydə alınıb.

İlkin məlumata görə, həmin ünvanda yaşayan, 1991-ci il təvəllüdlü Hüseynova Vəsilə Qabil qızı evdə paltar ütüləyərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub.

Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadın ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi