Neftçala. 6 oktyabr. REPORT.AZ/ Neftçala rayonunda yerli sakindən külli miqdarda narkotik aşkarlanıb.
“Report”un Aran bürosu xəbər verir ki, Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mikayıllı kənd sakini, 42 yaşlı Həsən İbrahim oglu Kərimov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 4 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Həyatyanı sahəyə baxış zamanı bankalara yığılmış, ümumi çəkisi 3 kiloqramdan çox narkotik maddə olan marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.