Neftçala sakinindən 148 ədəd çətənə kolu aşkar edilərək götürülüb - FOTO

Neftçala sakinindən 148 ədəd çətənə kolu aşkar edilərək götürülüb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
2 İyun , 2017 14:19
Neftçala sakinindən 148 ədəd çətənə kolu aşkar edilərək götürülüb - FOTO
Report.az

Neftçala. 2 iyun. REPORT.AZ/ Neftçala rayon sakinindən 148 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

“Report”un Aran bürosu xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən şəhərin 6-cı məhəlləsində əməliyyat tədbirləri həyata keçirilib. 

Şübhəli şəxs qismində saxlanılan həmin məhəllənin sakini, 53 yaşlı Hicran Əfsər oğlu Cəfərovun kirayə qaldığı Elçin Səfərova məxsus fərdi yaşayış evində həyətyanı sahəyə baxış keçirilib. Baxış zamanı həyətyanı sahədə xüsusi hazırlanmış sahədə və yarımtikilidə 148 ədəd narkotik xassəli çətənə kolu aşkar edilib. Bunun da 15 ədədi dibçəkdə yetişdirilib. Sonra yarımtikilinin tavanında 2 ədəd sellofana bükülmüş qurudulmuş marixuana da aşkarlanıb. İlkin dindirilmə zamanı Hicran Cəfərov törətdiyi əməli etiraf edib.

Həyətyanı sahədə aqrotexniki qaydada becərilmiş narkotik tərkibli çətənə kolları hal şahidlərinin iştirakı ilə kökündən çıxarılaraq şöbəyə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi