​Neftçala sakini həmyerlisini bıçaqlayıb

​Neftçala sakini həmyerlisini bıçaqlayıb Döş qəfəsindən 3 bıçaq zərbəsi alan yaralının vəziyyətinin ağır olduğu bildirilir
Hadisə
26 Oktyabr , 2015 18:52
​Neftçala sakini həmyerlisini bıçaqlayıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qaçaqkənd kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü Fərrux Allahverdi oğlu Səmədov mübahisə zəminində həmkəndlisi Səbuhi adlı şəxs tərəfindən döş qəfəsindən 3 bıçaq zərbəsi alıb. Yaralı yaxınları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə qaldırılan Fərrux Səmədov əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi