Yuxarı
    Bağlamaq

    Neftçala sakini həmyerliləri tərəfindən bıçaqlanıb

    Yaralının vəziyyəti orta ağır olaraq qalır

    Bakı. 15 oktyabr. REPORT.AZ/ Neftçalada 29 yaşlı rayon sakini həmyerliləri tərəfindən bıçaqlanıb. "Report"un  məlumatına görə, hadisə rayonun Xəzərkənd kəndində baş verib. 

    Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Ramiz Nəsrulla oğlu Babayev münaqişə zəminində həmkəndliləri Samir və Çingiz adlı şəxslər tərəfindən 4 bıçaq zərbəsi alıb. Yaralı dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona ilkin yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağır olaraq qalır.

    Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi