Neftçala sakini avtomobillə həmyerlisini vurub öldürərək qaçıb

Neftçala sakini avtomobillə həmyerlisini vurub öldürərək qaçıb Neftçala rayonunda yol qəzası olub
Hadisə
16 Mart , 2021 12:31
Neftçala sakini avtomobillə həmyerlisini vurub öldürərək qaçıb

Neftçala rayonunda yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, martın 15-də saat 22 radələrində Neftçala rayonunun Aşağı Qaramanlı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qədimkənd kənd sakini R.Əhədov vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü Qədimkənd kənd sakini N.Əsədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi