Neftçala Polis Şöbəsinə pul ayrılıb, lakin bina təmir edilməyib

Neftçala Polis Şöbəsinə pul ayrılıb, lakin bina təmir edilməyib Vəsaitin hansı istiqamətdə xərcləndiyi məlum deyil
Hadisə
25 May , 2018 09:58
Neftçala Polis Şöbəsinə pul ayrılıb, lakin bina təmir edilməyib

Bakı. 25 may. REPORT.AZ/ Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) inzibati binasının təmir olunmasına pul vəsaiti ayrılsa da, bina təmir edilməyib.

“Report” xeberci.net-ə istinadən xəbər verir ki, RPŞ-dakı mənbə faktı təsdiqləyib.

Bildirilib ki, binanın təmirinə iki il əvvəl – RPŞ-da Vüsal Şəbəndiyevin rəis olduğu vaxt müvafiq qaydada pul vəsaiti ayrılıb. Lakin bina indiyədək təmir edilməyib. Ayrılmış pul vəsaitinin hansı istiqamətdə xərcləndiyi isə məlum deyil.

Qeyd edək ki, polis polkovniki Vüsal Şəbəndiyev Neftçala RPŞ-nın rəisi vəzifəsinə 2015-ci ilin noyabr ayında təyin edilib.

DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə mətbuata açıqlamasında bildirib ki, yaxın gələcəkdə Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) yeni inzibati binasının tikintisi nəzərdə tutulduğundan son 5 il ərzində təmir və əsaslı yenidənqurma işləri üçün vəsait ayrılmayıb.

Onun sözlərinə görə, daxili işlər orqanlarına daxil olan qurumların, şəhər və rayonların polis şöbələri üçün müxtəlif təyinatlı obyektlərin, inzibati binaların tikinti və təmir-bərpa işləri ilə Daxili İşlər Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsinin nəzdində olan Tikinti İdarəsi məşğul olur. “Təmir işləri mərkəzləşdirilmiş qaydada aparılır və bu, şəhər və rayon polis şöbələrinin səlahiyyətinə aid məsələ deyil”, - O.Mansurzadə bildirib.

Son xəbərlər

Orphus sistemi