Neft Daşlarında insident baş verib

Neft Daşlarında insident baş verib Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün saat 10:50 radələrində Neft Daşlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.
Hadisə
103
12 Dekabr , 2017 13:37
Neft Daşlarında insident baş verib

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün saat 10:50 radələrində Neft Daşlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, nəticədə A.Əsgərov A.Xalıqova bıcaqla xəsarət yetirib. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

SOCAR rəhbərliyi və kollektivi baş vermiş hadisədən kədərləndiklərini bilidirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər. 

Son xəbərlər

Orphus sistemi