Nazirliyin keçmiş rəisinin cinayət işi üzrə məhkəmə iclası başlayıb

Nazirliyin keçmiş rəisinin cinayət işi üzrə məhkəmə iclası başlayıb Bakı. 24 sentyabr. REPORT.AZ/ Mənimsəmədə və vəzifə səlahiyyətləri aşmaqda təqsirləndirilən Qəbələ Telekomunikasiya Qovşağın sabiq rəisi Şahin Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
24 Sentyabr , 2018 12:47
Nazirliyin keçmiş rəisinin cinayət işi üzrə məhkəmə iclası başlayıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Mənimsəmədə və vəzifə səlahiyyətləri aşmaqda təqsirləndirilən Qəbələ Telekomunikasiya Qovşağın sabiq rəisi Şahin Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiləşdirilib.

Məhkəmə məlum olub ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəyən ziyan tam ödənilib.

Proses oktyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aparılan yoxlamar zamanı Qəbələ Telekomunikasiya Qovşağında pozuntular ortaya çıxıb.

Rəsmi ittihama görə, qovşağın rəisi Şahin Tağıyevin 161 min manat mənimsədiyi məlum olub.

Ona Cinayət Məcəlləsinin 179-cu(mənimsəmə), 308-ci(vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi