Yuxarı

Nazirlik: Şirvanda zavodda baş verən partlayışda xəsarət alanlardan dördü evə buraxılıb

Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb

Bakı. 27 iyul. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyi Şirvan “Araz” zavodunda baş verən partlayışda xəsarət alanlarla bağlı rəsmi məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda baş vermiş partlayış zamanı xəsarət alanlardan bir neçəsi evə buraxılıb: “İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən dördü bu gün səhər saatlarında evə buraxılıb, bir neçəsinin isə gün ərzində evə buraxılacağı bildirilir. Xəsarət alanların digərlərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir”.

Xatırladaq ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 24 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi