Nazirlik Şamaxıda palçıq vulkanının püskürdüyü əraziyə baxış keçirib

Nazirlik Şamaxıda palçıq vulkanının püskürdüyü əraziyə baxış keçirib Vulkan 1 hektar əraziyə yayılıb
Hadisə
16 Yanvar , 2018 16:01
Nazirlik Şamaxıda palçıq vulkanının püskürdüyü əraziyə baxış keçirib

Şamaxı. 16 yanvar. REPORT.AZ/ Şamaxı rayonunda əvvəllər bir neçə dəfə püskürmüş palçıq vulkanı yenidən aktivləşib. 

Bu barədə "Report"un yerli bürosuna Şamaxı Rayon İcra Hakimiyyətinin Quşçu kənd ərazi vahidliyi üzrə icra nümayəndəsi Bəşir Bəhrəmov məlumat verib. 

İcra nümayəndəsi bildirib ki, gecə saatlarında Quşçu kənd yaşayış massivindən 150-200 metr kənarda, əvvəllər də bir neçə dəfə püskürmüş palçıq vulkanı yenidən aktivləşərək, təxminən, 2-3 metr yüksəkliyə püskürüb və 1 hektara yaxın əraziyə yayılıb: "Təbiət hadisəsi zamanı hər hansı bir ziyan çəkən olmayıb, əkin sahələrinə və təsərrüfata zərər dəyməyib".

B.Bəhrəmov əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri əraziyə baxış keçirib və təhlükəli vəziyyət qeydə alınmayıb. Vulkanın baş verdiyi ərazidə qaz iyi müşahidə olunmayıb və vulkan sabitləşib.

Qeyd edək ki, analoji hadisə sonuncu dəfə 3 il əvvəl olub.

Son xəbərlər

Orphus sistemi