Nazirlik: Qəza törədən mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib

Nazirlik: Qəza törədən mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib Marşrutu üzrə sərnişindaşıma həyata keçirən "50 BL 132" dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib
Hadisə
9 Mart , 2017 17:58
Nazirlik: Qəza törədən mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı–Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Nəqliyyat Nazirliyi bildirir ki, marşrutu üzrə sərnişindaşıma həyata keçirən "50 BL 132" dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib. Bu barədə “Report”a Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, fəciəyə səbəb olan mikroavtobusa Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb.

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar Bakı Beynəlxalq Avtovağzalından hərəkət etməlidir. Qəza törədən mikroavtobus isə qeyri-qanuni olaraq Memar Əcəmi metrostansiyası yaxınlığından sərnişindaşıma xidməti göstərib.

Son xəbərlər

Orphus sistemi