Nazirlik: İtkin düşmüş neftçilərin müşahidə-axtarış işləri davam etdirilir

Nazirlik: İtkin düşmüş neftçilərin müşahidə-axtarış işləri davam etdirilir Müvafiq qüvvələr sahilboyu və Aviasiya dəstəsinin helikopteri dənizdə müşahidə-axtarış işlərini həyata keçirir
Hadisə
18 Mart , 2016 15:29
Nazirlik: İtkin düşmüş neftçilərin müşahidə-axtarış işləri davam etdirilir

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində keçən il dekabrın 4-də baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin Xəzər dənizində müşahidə-axtarış işləri Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən davam etdirilir.

Bu barədə “Report”a FHN-in mətbuat xidmətindən bildirilib.

Əlavə olunub ki, hazırda nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri sahilboyu və Aviasiya dəstəsinin helikopteri dənizdə müşahidə-axtarış işlərini həyata keçirir.

Son xəbərlər

Orphus sistemi