​Nazirlik ərəb şahzadəsinin Azərbaycanda ov etməsinə münasibət bildirib

​Nazirlik ərəb şahzadəsinin Azərbaycanda ov etməsinə münasibət bildirib “Birləşmiş Ərəb Əmirliyi vətəndaşlarının nümayəndəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib”
Hadisə
6 Noyabr , 2015 18:02
​Nazirlik ərəb şahzadəsinin Azərbaycanda ov etməsinə münasibət bildirib

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ərəb şahzadəsinin ölkə ərazisində ov etməsi barədə yayılan məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Report”a deyib ki, ölkə qanunlarına müvafiq olaraq Azərbaycan vətəndaşları, o cümlədən də xarici ölkə vətəndaşları qanun çərçivəsində Azərbaycanda ov üçün müəyyən edilmiş ərazilərdə mövsümə uyğun olaraq ov bileti ala bilər: “Azərbaycan qanunlarına müvafiq olaraq Azərbaycan ərazisində ovun həyata keçirilməsi ilə bağlı icazə almaq üçün bu günlərdə Birləşmiş Ərəb Əmirliyi vətəndaşlarının nümayəndəsi, “MRG” şirkətinin direktor əvəzi Ceyhun Hacıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Azərbaycan qanunlarına müvafiq müraciət etdiklərinə görə nazirlik tərəfindən bu məsələyə baxılıb və ov turizmi ilə məşğul olmaları üçün limitə uyğun olaraq 9 nəfər BƏƏ vətəndaşına Azərbaycanda qəbul edilmiş normalara görə hər ovçuya 10 ədəd quş ovlanmasına icazə verilməklə ov obyektinə müvafiq ov bileti verilib”.

Qeyd edək ki, xarici vətəndaşların ov etmələri Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli qərarı ilə təsdiq edilmiş “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi Qaydası” ilə tənzimlənir.

Xatırladaq ki, sosial şəbəkələrdə və xəbər saytlarında Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri - Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun qardaşı Məhəmməd bin Rəşid Qadirin Hacıqabul ərazisində ov etməsini özündə əks etdirən videogörüntülər yayılıb.

Son xəbərlər

Orphus sistemi