Yuxarı
    Bağlamaq

    Nazirlik əməkdaşının evində partlayış olub, ölən və yaralananlar var - FOTO

    Partlayış ana və qızı namaz qılan zaman baş verib

    Bakı. 20 oktyabr. REPORT.AZ/ Abşeron rayonunun Hökməli qəsəbəsində villada partlayış zamanı 3 yaşlı uşaq ölüb, ailə üzvlərinin vəziyyəti isə ağırdır.

    "Report"un məlumatına görə, hadisə bu gün sübh saatlarında Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında Müşfiq Qurbanova məxsus fərdi yaşayış evində qeydə alınıb.

    Nəticədə ev sahibi 44 yaşlı Müşfiq Qurbanov və onun həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı Leyla Qurbanlı ağır yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər. Ş.Novruzova və onun qızı L.Qurbanlının vəziyyəti ağırdır. Ş.Novruzovaya 85 faiz tənəffüs orqanlarının yanıq diaqnozu qoyulub.

    Məlumata görə, partlayış zamanı Ş.Novruzova və L.Qurbanlı sübh namazı qılırmış.

    Qeyd edək ki, M.Qurbanov nazirliklərdən birində çalışır. Ş.Novruzova isə xəstəxanaların birində həkim-cərrah kimi fəaliyyət göstərib. Bununla yanaşı o, Azərbaycan Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi