Nazirin qardaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi təxirə salınıb

Nazirin qardaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi təxirə salınıb Məhkəmə iclası qeyri-müəyyən müddətə təxirə salınıb
Hadisə
13 Sentyabr , 2017 11:32
Nazirin qardaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi təxirə salınıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilə prosesdə zərərçəkmiş Əlikram Camalovun şikayət ərizəsinin geri götürməsi ilə bağlı sənədin təsdiq edilmədiyi elan olunub.

Məhkəmə iclası qeyri-müəyyən müddətə təxirə salınıb.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında S.Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra məhkəmə iclasında S.Nəbiyevin vəkili Ceyhun Yusifov vəsatətlə çıxış edərək, məhkəmə istintaqının təzələnməsini istəyib. Vəsatət təmin edilib. Növbəti dəfə dövlət ittihamçısı çıxışında S.Nəbiyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttiham aktına əsasən, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlığı satışı mağazasına sərmayə qoymaq istəyib. Əvəzində isə qazancın yarısını nazirin qardaşına verəcəyini vəd edib.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib.

S.Nəbiyev isə vəsaiti mənimsəyərək Ə.Camalova pulu qaytarmayıb. Nazirin qardaşı Nərimanov Rayon Polis İdarəsinə şikayət edib. Daha sonra onun müraciəti araşdırıldıqdan sonra Nərimanov Rayon Prokurorluğunda 12 yanvar 2017-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başladılıb.

Təqsirləndirilən S.Nəbiyev həbs edilməyib, onun himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi