Nazir insanların kütləvi toplaşdığı məkanlarda yanğın təhlükəsizliyinin təmininə dair tapşırıq verib

Nazir insanların kütləvi toplaşdığı məkanlarda yanğın təhlükəsizliyinin təmininə dair tapşırıq verib Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib.
Hadisə
2 Aprel , 2019 20:00
Nazir insanların kütləvi toplaşdığı məkanlarda yanğın təhlükəsizliyinin təmininə dair tapşırıq verib

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib. 

Nazirlikdən "Report"a verilən məlumata görə, kollegiya iclasında nazir müavinləri, Nazirliyin Aparatının struktur bölmələri və qurumlarının rəhbərləri iştirak edib.

Yığıncaqda, əsasən, bu il fevralın 5-də və 6-da Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlər və martın 26-da Bakı şəhərinin Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın hadisəsi müzakirə edilib. 

K.Heydərov ölkədə insanların kütləvi toplaşdığı məkanlarda, o cümlədən ticarət və əyləncə obyektlərində yanğın təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti üzrə tədbirlərin görülməsinə dair müvafiq tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi