Nazir müavini və həyat yoldaşının yaralanmasına səbəb olan sürücünün apellyasiya şikayətinə baxılıb

Nazir müavini və həyat yoldaşının yaralanmasına səbəb olan sürücünün apellyasiya şikayətinə baxılıb Hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
19 Yanvar , 2016 09:29
Nazir müavini və həyat yoldaşının yaralanmasına səbəb olan sürücünün apellyasiya şikayətinə baxılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində iki nəfərin ölümü, üç nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Tural Rəhimov barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. T.Rəhimovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2014-cü il mayın 10-da Bakının Nizami rayonu, Heydər Əliyev prospektində baş verib. Tural Rəhimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Firdovsi Əliyevin idarə etdiyi "Lexus" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü T.Rəhimov, eləcə də "Lexus"un sürücüsü F.Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar.

Xatırladaq ki, Firdovsi Əliyev ekologiya və təbii sərvətlər nazirinin birinci müavinidir.

2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə T.Rəhimov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qərardan narazı qalan T.Rəhimov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

Son xəbərlər

Orphus sistemi