Nazir müavini: "FHN bu günədək azad edilən ərazilərdə 120 ha ərazini minadan təmizləyib"

Nazir müavini: "FHN bu günədək azad edilən ərazilərdə 120 ha ərazini minadan təmizləyib" "Bu günədək azad edilən ərazilərdə 120 ha ərazi minadan təmizlənib".
Hadisə
7 Oktyabr , 2022 12:02
Nazir müavini: FHN bu günədək azad edilən ərazilərdə 120 ha ərazini minadan təmizləyib
Etibar Mirzəyev

"Bu günədək azad edilən ərazilərdə 120 ha ərazi minadan təmizlənib".

"Report" xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Vətən müharibəsi zamanı öz vəzifələtini layiqincə həyata keçiriblər: "Azad olunan ərazilərdə dayaq məntəqələri, yanğınsöndürmə xidməti xüsusi riskli vəziyyətlərə qarşı 24 saat fəaliyyət göstərir. Eyni zamanda FHN əməkdaşları ərazilərin minalardan təmizlənməsində xidmət göstərirlər. Bu günədək 120 ha ərazi minadan təmizlənib. Minatəmizləmə işləri üçün 4 robot alınıb və daha çox ərazilər təmizlənəcək".

Son xəbərlər

Orphus sistemi