​Nazir müavini: "Ağır və xüsusilə ağır cinayət törətmiş 141 cinayətkar qrup zərərsizləşdirilib"

​Nazir müavini: "Ağır və xüsusilə ağır cinayət törətmiş 141 cinayətkar qrup zərərsizləşdirilib" "Profilaktik tədbirlərlə 75 nəfərdən ibarət 31 cinayətkar qrup aşkarlanıb"
Hadisə
8 İyul , 2016 17:11
​Nazir müavini: Ağır və xüsusilə ağır cinayət törətmiş 141 cinayətkar qrup zərərsizləşdirilib

Bakı. 8 iyul. REPORT.AZ/ "Xidməti fəaliyyətdə böyük əhəmiyyət kəsb edən mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 611 ağır və xüsusilə ağır cinayət törətmiş 141 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 90 nəfər cinayət məsuliyyətinə cəlb edilib".

"Report"un xəbərinə görə, bunu daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov nazirliyin geniş kollegiya iclasında deyib.

O bildirib ki, transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də səmərəli olmaqla, əsas diqqətin qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik vasitələrin çıxarılmasına yönəldiyi nəzərə çatdırılıb: "Nəticədə narkotiklərlə əlaqədar müəyyən edilmiş 1675, o cümlədən onların satışı ilə bağlı 429 fakt üzrə ötən ilin 6 ayı ilə müqayisədə 177 kiloqram çox, bütövlükdə 609 kiloqram narkotik vasitə götürülüb"

V.Eyvazov qeyd edib ki, həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 75 nəfərdən ibarət 31 cinayətkar qrup zərərsizləşdirilib, 62,8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 102 tona yaxın olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib.

Son xəbərlər

Orphus sistemi