Yuxarı
    Bağlamaq

    Nazir Fikrət Məmmədov Astarada vətəndaşların qəbulunu keçirəcək

    Qəbulda Astara, Lənkəran və Lerik rayonlarında yaşayan vətəndaşların müraciətlərinə baxılacaq

    Bakı. 8 sentyabr.REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov sentyabrın 12-də Astarada vətəndaşların qəbulunu keçirəcək. Bu barədə Report-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Qəbulda Astara, Lənkəran və Lerik rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq. Qəbul saat 11:00-da Astara rayonu Heydər Əliyev Mərkəzində baş tutacaq. Vətəndaşlar Lənkəran regional ədliyyə şöbəsi, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Astara rayonu Heydər Əliyev Mərkəzində qəbula yazıla bilərlər.

    Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi