Nazir: "Azərbaycan və Türkiyə bir çox məsələlərdə dərin və faydalı əməkdaşlıq edir"

Nazir: "Azərbaycan və Türkiyə bir çox məsələlərdə dərin və faydalı əməkdaşlıq edir" Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan və Türkiyə bir çox məsələlərdə dərin və faydalı əməkdaşlıq edir. Bundan başqa, biz görüş zamanı beynəlxalq təşkilatlarda əməkdaşlığımızı da müzakirə etdik.
Xarici siyasət
24 İyul , 2018 18:53
Nazir: Azərbaycan və Türkiyə bir çox məsələlərdə dərin və faydalı əməkdaşlıq edir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov / Report/ Elchin Murad

Bakı. 24 iyul. REPORT.AZ/ "Azərbaycan və Türkiyə bir çox məsələlərdə dərin və faydalı əməkdaşlıq edir. Bundan başqa, biz görüş zamanı beynəlxalq təşkilatlarda əməkdaşlığımızı da müzakirə etdik".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi brifinqdə deyib."Biz bir çox məsələləri müzakirə etdik. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə toxunduq ki, bu layihə üzrə işlərimizi davam etdirib daha da genişləndirək. Bakı-Tbilisi-Qars dəmir yolu Asiyaya ən qısa yoldur. Məsələn, Əfqanıstana yük daşıma məsələsində mühüm rolu olacaq. Ümidvarıq ki, bu il bu yoldan istifadə ediləcək" - E.Məmmədyarov diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi