Nazim Süleymanov: "Əfran millinin aparıcı futbolçusudur, belə etməməlidir"

Nazim Süleymanov: "Əfran millinin aparıcı futbolçusudur, belə etməməlidir" Bakı. 12 noyabr. REPORT.AZ/ “İki fərqli hissə izlədik. İlk hissədə yaxşı oynadıq, qol imkanlarımız oldu, amma fasilədən sonra səhvlər etdik və uduzduq. İlk qolda qapıçımız, ikinci hissədə isə müdafiəçilərimiz səhv etdi. Bu gün yenə azlıqda qaldıq. Deyəsən, fiziki cəhətdən geridə qalırıq. Ancaq irəli baxmalıyıq”.
Hadisə
12 Noyabr , 2018 01:03
Nazim Süleymanov: Əfran millinin aparıcı futbolçusudur, belə etməməlidir

Bakı. 12 noyabr. REPORT.AZ/ “İki fərqli hissə izlədik. İlk hissədə yaxşı oynadıq, qol imkanlarımız oldu, amma fasilədən sonra səhvlər etdik və uduzduq. İlk qolda qapıçımız, ikinci hissədə isə müdafiəçilərimiz səhv etdi. Bu gün yenə azlıqda qaldıq. Deyəsən, fiziki cəhətdən geridə qalırıq. Ancaq irəli baxmalıyıq”.

“Report” xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Azərbaycan Premyer Liqasının XI turunda “Keşlə”yə 1:4 hesablı məğlubiyyət haqda danışarkən deyib.

Bu gün 5 müdafiəçi ilə oynayırdınız. Bu qədər müdafiəçi ilə meydana çıxan komandanın kifayət qədər səhv etməyə haqqı varmı?

- Xeyir. Sadəcə, futbolçular bir-birini başa düşməlidir. Təcrübəli futbolçular belə səhvlər etməməlidir. Təəssüflər olsun ki, belə səhvlər edirik.

Orxan Sadıqlı qırmızı vərəqə aldı. Onun cəzalanması gündəmdədir?

- Meydanda olan hər bir futbolçu sakit olmalıdır. Artıq 5-ci qırmızı vərəqənı alırıq. Bu faktdırsa, biz heç nə edə bilmərik. Orxan ilk hissədə də səhv etdi və fasilədə ona xəbərdarlıq etdik. Ancaq yenə səhv etdi. Cəzalanacaq, ancaq komandanın daxili barədə danışmaq istəmirəm.

Müdafiə xətti bərbad futbol sərgiləyir. Vurğun Hüseynov səhvlər edir, amma növbəti oyun kapitan kimi meydana çıxır. Ona nə vaxta qədər şans verəcəksiniz?

- Komandada olan bütün futbolçulara ümid bəsləyirik. Əlimizdə olan futbolçularla irəli gedəcəyik. Bu eniş bir neçə oyundur davam edir. Bunu aradan qaldırmalıyıq.

Əfran İsmayılov Qurban Qurbanovun rəhbərliyi altında oynayanda heç vaxt əvəzlənməsinə etiraz etməyib. Bəlkə indi nədənsə istifadə edir?

- Belə düşünmürəm. Futbolçu meydandan çıxmaq istəmirsə, bu, onun öz işidir. Ağzını əyir, nə edir, özü bilər. Bunu qəbul etmirəm. Əgər belə edibsə, gərək etməsin. Əfran millinin, komandanın aparıcı futbolçusudur, belə etməməlidir.

Son xəbərlər

Orphus sistemi