​Naxçıvanın həbsdə olan sabiq MTN rəhbərinin apellyasiya şikayəti üzrə məhkəmə qərarı açıqlanıb

​Naxçıvanın həbsdə olan sabiq MTN rəhbərinin apellyasiya şikayəti üzrə məhkəmə qərarı açıqlanıb Məhkəmə prosesi başa çatıb
Hadisə
2 Avqust , 2016 17:20
​Naxçıvanın həbsdə olan sabiq MTN rəhbərinin apellyasiya şikayəti üzrə məhkəmə qərarı açıqlanıb

Bakı. 2 avqust. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə "Report"a V.Ələsgərovun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkilin sözlərinə görə, apellyasiya şikayəti təmin olunmayıb, qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, uzun müddət Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışan V.Ələsgərov ötən ilin dekabr ayında işdən çıxarılıb. Bu il mart ayının 7-də Naxçıvanda saxlanılan V.Ələsgərov barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. May ayının 14-də isə yenidən məhkəmənin qərarı ilə V.Ələsgərov barəsində həbs qətimkan tədbiri seçilib.

Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə V.Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan V.Ələsgərov apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi