Naxçıvanın həbsdə olan sabiq MTN rəhbərinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Naxçıvanın həbsdə olan sabiq MTN rəhbərinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb Məhkəmənin baxış iclası avqustun 1-nə təyin edilib
Hadisə
26 İyul , 2016 15:58
Naxçıvanın həbsdə olan sabiq MTN rəhbərinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Bakı. 26 iyul. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

Bu barədə "Report"a V.Ələsgərovun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

V.Xasıyev bir neçə vəsatətlə çıxış edib. Vəsatətlər təmin edilməyib.

Məhkəmənin baxış iclası avqustun 1-nə təyin edilib.

Qeyd edək ki, uzun müddət Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışan V.Ələsgərov ötən ilin dekabr ayında işdən çıxarılıb. Bu il mart ayının 7-də Naxçıvanda saxlanılan V.Ələsgərov barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. May ayının 14-də isə yenidən məhkəmənin qərarı ilə V.Ələsgərov barəsində həbs qətimkan tədbiri seçilib.

Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə V.Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan V.Ələsgərov apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi