Naxçıvanda yol qəzası baş verib, ölən var

Naxçıvanda yol qəzası baş verib, ölən var Bakı. 27 avqust. REPORT.AZ/ Naxçıvan şəhərində yol qəzası baş verib.
Hadisə
27 Avqust , 2018 13:36
Naxçıvanda yol qəzası baş verib, ölən var
Report
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ Naxçıvan şəhərində yol qəzası baş verib. 

"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 25-də saat 8 radələrində Naxçıvan şəhəri ərazisində Şərur rayon sakini Kamal Camallının idarə etdiyi “Hyundai” və Şahbuz rayon sakini Fikrət Qaybalıyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə F.Qaybalıyevin sərnişini Rafiq Qaybalıyev hadisə yerində ölüb.

Naxçıvan şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi