Naxçıvanda xarici ölkədən narkotik gətirib satmaqda şübhəli bilinən qadın saxlanılıb

Naxçıvanda xarici ölkədən narkotik gətirib satmaqda şübhəli bilinən qadın saxlanılıb Naxçıvanda polisin narkotik əməliyyatı- Saxlanılanlar var
Hadisə
14 fevral 2025 07:00
Naxçıvanda xarici ölkədən narkotik gətirib satmaqda şübhəli bilinən qadın saxlanılıb

Naxçıvanda xarici ölkədən narkotik gətirib satmaqda şübhəli bilinən qadın saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, polis əməkdaşları tərəfindən muxtar respublika ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Növbəti tədbirlər zamanı 58 yaşlı Kəmaləddin Səfərli, 60 yaşlı İslam Nəcəfov, 35 yaşlı Türkanə Tahirova və 38 yaşlı Elnur Babayev saxlanılaraq istintaqa cəlb ediliblər.

Onlardan külli miqdarda heroin, marixuana, psixotrop maddə metamfetamin və kultivasiya edilərək yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotiklərin qeyri-qanuni yollarla ölkə ərazisinə gətirərək satışını təşkil etməyi planlaşdırıblar.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi