Naxçıvanda tapılan xeyli silah-sursat polisə təhvil verilib

Naxçıvanda tapılan xeyli silah-sursat polisə təhvil verilib Adil Məmmədov “AKS” markalı silah, “F-1” qumbarası, qumbara alışdırıcısı, 2 ədəd patron darağı, süngü bıçağı və 347 ədəd patron tapıb
Hadisə
4 İyun , 2016 11:38
Naxçıvanda tapılan xeyli silah-sursat polisə təhvil verilib

Bakı. 4 iyun. REPORT.AZ/ Ordubad sakini tapdığı silah-sursatı polisə təhvil verib. 

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Ordubad rayonunun Yuxarı Əylis kənd sakini Adil Məmmədov tapdığı “AKS” markalı silahı, “F-1” qumbaranı, qumbara alışdırıcısını, 2 ədəd patron darağını, süngü bıçağı və 347 ədəd patronu könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Son xəbərlər

Orphus sistemi