Yuxarı
    Bağlamaq

    Naxçıvanda iki qardaşı avtomobil vuraraq öldürüb

    Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır

    Bakı. 24 sentyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında (MR) iki qardaşı avtomobil vuraraq öldürüb.

    “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Məlumata görə, sentyabrın 23-də saat 19 radələrində Naxçıvan MR Kəngərli rayonunun Xök kəndində rayon sakini Təbriz Hüseynli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakinləri Rəmzi Seyidovu və qardaşı Səbrini vurub. Xəstəxanaya yerləşdirilmiş piyadalar orada ölüblər.

    Naxçıvan MR DİN Dövlət Yol Polisi İdarəsi (DYPİ) tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi